Bir həftə əvvəl anasını itirmiş aparıcının bu gün də atası vəfat edib

5-07-2020, 19:47           
Bir həftə əvvəl anasını itirmiş aparıcının bu gün də atası vəfat edib
Azərbaycanda bir necə gün öncə anasını koronavirusdan itirən tanınmış aparıcının bu gün atası da vəfat edib.

Dominant.az xəbər verir ki, fəaliyyəti dayandırılmış ANS televiziyasının aparıcılarından olan Nəzrin Əhmədovanın valideynlərinin ötən ay COVID-19 testinin nəticəsi pozitiv çıxmışdı. Onların hər ikisi "Yeni Klinika"ya yerləşdirilmişdilər.

Bu gün aparıcı atasının da virusdan dünyasını dəyişdiyini bildirib.

Xatırladaq ki, həkimlərin bütün səylərinə baxmayaraq, N.Əhmədovanın anası bir həftə öncə vəfat etmişdi.



Uzun müddət ANS PRESS portalının baş redaktoru, eləcə də "Xəbərçi"nin aparıcısı olan N.Əhmədova ailəsi ilə birlikdə İspaniyada yaşayırdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.