Aygün Kazımova: "Niyaməddin Musayevi bıçaqlamışdılar və..." - Video

21-09-2020, 11:30           
Aygün Kazımova:
Xalq artisti Aygün Kazımova MTV Azərbaycan kanalında qonaq olub.

Teleqraf.com xəbər verir ki, Aygün Kazımova pandemiya dövrünü necə keçirməsindən danışıb: "Altı ay səhnəsiz qalmaq mənə çox çətindir. Amma bu günə şükür edirəm. Düşünürəm ki, bundan da betər ola bilərdi".

Aygün Kazımova sosial şəbəkələrdən də söz açıb: "Mənim üçün sosial şəbəkələr məlumat mənbəyidir. İnternetdən sonra həkim, psixoloq, trener axtarmağa ehtiyac qalmır. Bunları Yutubdan axtarıram. Sosial şəbəkələrdə tanınmağa gəlincə, əvvəllər populyar olmaq daha çətin idi, bu gün asandır".

Xalq artisti gününü necə keçirməsi haqqında da məlumat verərkən səhər çox erkən oyandığını deyib: "İdman edirəm, sonra evimdə işləyən xanımlar gəlirlər. Günümün necə keçməyi isə məndən asılıdır".

Xalq artisti etirafı ilə də diqqət çəkib: "İlk konsertindən bəlkə də dünya şou-biznesində qazanan ilk müğənni mən olmuşam. Konsert Gəncədə baş tutmuşdu və rejissoru Cavanşir Quliyev idi. O vaxt Gəncədə cəsarətli müğənnilərin səhnəyə çıxmasına öyrəşməmişdilər. Gündə üç konsert verirdik. Cavanşir müəllim deyirdi ki, səhnəyə çıxanda zala düşmə, amma baş üstə deyib, zala düşürdüm. Bu məndən asılı deyildi.

Eşitdiyimizə görə, Niyaməddin Musayev zala düşərkən pərəstişkarı tərəfindən bıçaqlanmışdı. Cavanşir müəllim bunu bilirdi və deyirdi ki, buranın tamaşaçısı çox ciddidir. Birdən səni anlamaz və qəbul etməz. Hər dəfə konsertlərimdə zala düşməsəydim, ya xəstələnərdim, ya da düşünərdim ki, konsertim alınmadı. Depressiyaya düşüb, dilxor olurdım. Konsertlərimdə çox qadağalar olub. Ətəyini aşağı sal, belə hərəkət et və sair".

Aygün Kazımova telekanallarımızın inkişaf etdiyini də açıqlayıb: "Çox sevinirəm ki, televiziyalara peşəkarlar gəlirlər. Dostum Murad Dadaşov Xəzər Televiziyasının rəhbəri oldu. AzTV və İTV-də peşəkarlar və təcrübəlilər çalışırlar".













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.