Rus seriallarının ulduzu qəzada öldü

22-09-2020, 10:33           
Rus seriallarının ulduzu qəzada öldü
Rus teatr və kino aktyoru Dmitri Julin Vladimir vilayətindəki qəzada ölüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı mk.ru nəşri yayıb.

Qəza vilayətin Qus-Xrustalnı rayonunda meydana gəlib, 43 yaşlı aktyor qəzanın yeganə qurbanı olub, başqa bir nəfər xəstəxanaya qaldırılıb.

“QTRK Vladimir”nin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, qəza 21 sentyabr səhər Vladimir – Qus-Xrustalnı – Tuma magistral yolunun 61-ci kilometrliyində baş verib. “Renault Duster” avtomobilinin sürücüsü regional marşrut avtobusuna yol verməyib və onunla toqquşub.

Julin 1999-cu ildə Çepkin adına Ali Teatr Məktəbini bitirib, 1997-2005-ci illərdə Malıy Teatrda çalışıb. Aktyor daha çox “Aleksandrovski Qarden”, “Aleksandrovski Qarden – 2”, “Marşrut”, “Odessada 3 gün” və “Beriyaya qarşı ov” seriallarında oynadığı rollarla tanınır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.