Zöhrə canlı yayımda müğənnini BİABIR ETDİ: "Alt paltarında efirə gəlmisən"

23-09-2020, 12:43           
Zöhrə canlı yayımda müğənnini BİABIR ETDİ: "Alt paltarında efirə gəlmisən"
Müğənni Mina Hüseynin “Xəbər ətər” verilişinə geyindiyi şort tənqid edilib.
Lent.az -ın məlumatına görə, verilişə telefon zəngi ilə qoşulan Əməkdar artist Zöhrə Abdullayeva gənc ifaçını geyiminə görə qınayıb:
“Mina gözəl qızdır. Amma sənə ağbirçək məsləhətim var. Mən də sən yaşda olmuşam, amma belə geyinməmişəm. İstəmirəm qəlbinə toxunum. O nə oturuşdur? Efirdə niyə elə oturmusan? Onsuz da əynində heç nə yoxdur. Müğənni şort geyinməz. Müğənni pünhan qalmalıdır. O niyə elə geyimdə ora çıxıb? Alt paltarında efirə çıxıb. Bu “saruçqa” geyinib, amma aşağı hissədən heç nə geyinməyib. Oxumağı pis deyil, amma geyimi pisdir. Biz elə geyinsəydik, bizi alan olmazdı”.
Z.Abdullayevanın fikirlərinə Mina bu cür cavab verib:
“Məndən böyükdür, fikirlərinə hörmətlə yanaşıram. Amma bu mənim tərzimdir. Dünya ulduzlarına baxıb, bu tərzi seçmişəm. Nə üçün dediyinizi başa düşürəm. Bu mənim tərzimdir, gələcəkdə düzəldərəm. Amma mən sənətə ərə getmək üçün gəlməmişəm”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.