“Bu müğənnilər vətənpərvər deyillər, özlərini reklam edirlər“ - Tolik əsəbiləşdi

22-10-2020, 16:49           
“Bu müğənnilər vətənpərvər deyillər, özlərini reklam edirlər“ - Tolik əsəbiləşdi
“Bu müğənnilər vətənpərvər deyillər, özlərini reklam edirlər“ - Tolik əsəbiləşdi
Sentyabrın 27-dən bu günə qədər cəbhədə baş verənlər, ordumuzun uğurlu döyüş əməliyyatı nəticəsində işğaldan azad olunan kəndlərin xəbərləri şou-biznesə də təsir edib. Həmin gündən bəri azərbaycanlı məşhurlar vətənpərvərlik mövzusuna daha çox yer verir, hərbi geyimdə fotosessiyalar etdirir, kliplər çəkdirirlər.
Buna baxmayaraq şou əhlinin bu addımları birmənalı qarşılanmır. Müğənniləri özlərini reklam etməklə, bayağı olmaqla günahlandıranlar da az deyil.

Yenisabah.az xəbər verir ki, onlardan biri də tanınmış teleaparıcı, prodüser Tarix Əliyevdir. Belə ki, Tolik vətənpərvərlik mövzusunda oxuyan müğənnilərin özünü reklam etdiyini bildirib:

“Vətənpərvər mahnı oxuyan müğənnilərin bunu vətən üçün etdiyinə inanırsınız? Yenə deyirəm, mən ümumi deyirəm və düşünürəm ki, bu reklam xarakterlidir. Çünki səhifələrdə pulla paylaşım edirlər. Bir də deyirlər ki, Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürmüşəm,amma demirəm, qələt edib. Mənə tarixlərlə birgə qəbzi göstərsin, deyim bravo sənə!”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.