Bacısı Brilliantı müdafiə etdi: - "Eltonkimilər çoxdur"

16-02-2016, 12:39           
Bacısı Brilliantı müdafiə etdi: - "Eltonkimilər çoxdur"
Aktrisa Sədaqət Dadaşova bacısı, xalq artisti Brilliant Dadaşovanı müdafiə edib.

Axşam.az-ın məlumatına görə, aktrisa müğənni Elton Hüseynəliyevin B.Dadaşova haqqında dediyi “Paxıl insandır” sözlərinə cavab verib:

“Brilliant xanım irəliyə baxır. Musiqidə yeniliklər etməyə çalışır ki, Eltonkimilər arxasında onun oxuduğu əsərlərə qulaq asıb, ömür boyu öyrənsinlər. Çünki yeniliyi və İlahi qüvvə ilə əlaqəni Allah öz sevimlisinə verir ki, başqaları baxıb təqlid etsinlər. Hamı bilir ki, Elton kimi 15 dərəcəlilər çoxdur”.

Qeyd edək ki, E.Hüseynəliyev B.Dadaşova ilə bağlı bunları demişdi:

“Brilliant xanım paxıl insandır. Bir insan paxıldırsa, mən onun sənətini qəbul etmirəm. Yaxşıya yaxşı deyə bilmirsinizsə, sənətkar ola bilməzsiniz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.