Mahsun Kırmızıgülə ağır ölüm ittihamı

17-02-2016, 10:14           

Prodüser Hilmi Topaloğlunun oğlu Volkan məşhur müğənni Mahsun Qırmızıgülü atasının ölümündə günahlandırıb.

teref.az axar.az-a istinadən bildirir ki, Volkan Topaloğlu 2003-cü ildən - atasının ölümündən sonra ilk dəfə açıqlama verərək atasının Mahsun Qırmızıgülə şöhrət qazandırdığını, ancaq müğənninin atasına xəyanət etdiyini deyib.

Volkan atasının Mahsunu həmişə "nankor" adlandırdığını və məhz müğənniyə görə onun beynində xərçəng əmələ gəldiyini vurğulayıb. Onun sözlərinə görə, Qırmızıgül Hilmi Topaloğlunu öldürməyə cəhd edib:

"O, atam xəstə olanda halını soruşmayıb, axtarmayıb. Öləndən sonra yalandan özünü kədərli göstərən Qırmızıgül atam sağ ikən onun öldürülməsini istəyəcək qədər alçalmış bir insandır. O, hətta atamı öldürtdürmək üçün danışıqlar da aparıb".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.