“Anam atama görə öldü”

17-02-2016, 19:52           
“Anam atama görə öldü”
“Allah insana hər şeyin - atanın da, qardaşın da xeyirlisini versin. Qardaşım məndən böyükdür, ata əvəzi olmalıdır. Amma mən ona ana əvəzi olmuşam”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Sevda Sanəliyeva “10-dan sonra” verilişində deyib. O, anasının ölümündə atasını günahlandırıb:

“Hələ ki, nə atadan, nə də qardaşdan xeyir görmüşəm. 6 yaşımdan sonra atam bizdən ayrıldı. Anam məni tək böyütdü. İkinci dəfə ailə də qurmadı, istəyəni var idi. Amma şərt qoymuşdular ki, qızını gətirmə. Çörək tapmayanda, məni küçəyə atmayıb. Atamın etdiklərinə görə də anam xəstələndi. Anamın rəhmətə getməyinin səbəbi atamdır. Rəqqasəliyimi damğa kimi görmələri, ağır günlər yaşamağım, qardaşın xeyirsiz olması atasızlıqdan irəli gəlir. Qardaşım atamdan nə gördüsə, onu götürdü. Onun hərəkətlərini təkrarlayır. O, tək anamı yox, məni də bədbəxt edib. O özü də xoşbəxt deyil. Bilə-bilə özünü bəbəxt edir, məni də qardaşsız qoyur”.

S.Sanəliyeva həyat yoldaşından da bəhs edib:

“Həyat yoldaşım imkanlı biri deyil. Çoxları məni qınadı ki, niyə onu seçdin, daha dəbdəbəli həyat yaşaya bilərdin. Yoldaşım hər şeydə mənə çox dəstəkdir. Məni ayaqda tutan odur. Mən canlı meyid olmuşam. O məni ruhlandırır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.