Brilliant Dadaşova ərindən danışdı: "İlk günkü sevgimiz qalmayıb"

7-04-2015, 21:43           
Brilliant Dadaşova ərindən danışdı: "İlk günkü sevgimiz qalmayıb"
“Həyat yoldaşımı ilk baxışdan sevdim, birinci kursda oxuyanda nişanlandıq”.

Lent.az-ın məlumatına görə, bu sözləri “Düzünü desək” verilişinə qonaq olan xalq artisti Brilliant Dadaşova deyib: “Universitet illərində məni sevən oğlanlar çox idi. Hətta mənə görə yağışlı havada universitetin qabağında dayanırdılar. Rəfiqələrim deyirdi ki, heç sənin nişanlın səni görməyə gəlmir. Gör, sənə görə yağışın altında dururlar. Bir insan kiməsə vurulursa, başqalarını görmür. Elə bunun nəticəsində də üçüncü kursda ailə qurdum. Mənim intuisiyam güclüdür. İlk baxışdan ona qarşı fikrim müsbət olub. Zahiri görünüşünü bəyəndim, ağbəniz idi, atam stilindəydi, ruhlarımızın əkiz olduğunu hiss etdim. Mən emosionalam, o, sakitdir. 27 ildir ailəliyik, ilk günkü sevgimiz qalmayıb. Zaman keçdikcə sevgi dostluğa çevrilir. O, sənin üçün doğma bir insan olur”.

Qeyd edək ki, B.Dadaşova Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəlidir. Həmin evlilikdən bir övladları var.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.