Sabir Rüstəmxanlı müğənni ilə ailə quran qızının toyunda nələr dedi? - VİDEO

26-04-2016, 13:15           
Sabir Rüstəmxanlı müğənni ilə ailə quran qızının toyunda nələr dedi? - VİDEO
Ötən gün paytaxt məkanlarının birində müğənni Elçin Cəfərovun toyu olub. Lent.az-ın məlumatına görə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızı Aydan ilə nikah masasına əyləşən ifaçının toyu maraqlı məqamlarla yadda qalıb. Mərasimin açılışını aparıcı İlkin Həsəni edib. Daha sonra bəy və gəlin öz rəqslərini nümayiş etdirib. Rəqs bitəndən sonra söz səbəbkarların valideynlərinə verilib. İlk sözü gəlinin atası Sabir Rüstəmxanlı deyib: “Bizim Cəlilabadlılarla bundan öncə də qohumluluğumuz da var idi. Qız alıb, qız vermişik. Belə bir şey var ki, gəlinlə bəyin izdivacı göydə kəsilir. Yəni bizdən asılı bir şey yoxdur. Çalışırıq ki, bizdən sonra bu dünyada onlar çaşıb qalmasınlar. Arzum budur ki, Allah bunların süfrəsini daim bol etsin. Xoşbəxt olsunlar. Bundan başqa bəyin atasına və anasına da göz aydınlığımı verirəm”.

Toyda xalq artisti Ağadadaş Ağayev, əməkdar artist İlqar Muradov, Mətanət İsgəndərli, müğənnilər Elton Hüseynəliyev, Ayaz Qasımov və digərləri səhnə alıb. Qeyd edək ki, cütlüyün qız toyu aprelin 15-də keçirilmişdi.
[media=https://www.youtube.com/watch?v=qX8JdD4dxKc]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.