Namus statusu aktrisanın başına bəla oldu — Lənkəranda (FOTO)

20-05-2016, 13:09           

Lənkəran Dövlət Dram Teatrının aktrisası Aynur Əhmədova bir müddət öncə yazdığı statusa görə, işlədiyi mədəniyyət ocağının rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalıb

Ölkə.Az-ın teatrdakı mənbəyə istinadən verdiyi məlumata görə, direktor Tofiq Heydərov həmin statusdan sonra Aynur Əhmədovanı yanına çağıraraq sərt şəkildə iradını bildirib və danlayıb. Əhmədovaya bir daha belə status yazmaması barədə sonuncu xəbərdarlıq edilib. Ardınca isə kollektivin ümumi yığıncağı keçirilib və hər kəsə sosial şəbəkədə status yazarkən diqqətli olmaq tapşırılıb. Bu isə bəzi aktyor və aktrisaların narazılığına səbəb olub.

Xatırladaq ki, A.Əhmədova sosial şəbəkədə işlədiyi kollektivin yaşlı aktyor və aktrisalarının ünvanına bu sözləri yazmışdı:

"Hər uğurlu qastroldan, beynəlxalq festivaldan geri dönəndə Lənkəran teatrının qocaldıqca ağlını itirən, gənclərin qənimi, gənc aktyor, aktrisa görəndə sanki qutuda ilan görən, paxıllıqdan xəstəlik tapan, içini qurd yeyən, kamilləşmək əvəzinə cahilləşən, ağsaqqal deyil, ağ çaqqallıq edən bəzi-bəzi aktyor va aktrisaları!!! Məncə yetər, məncə daha bəsdir! Nə qədər teatrın həyətində özünüzü günə verib, qeybət edəcəksiz. Nə sözünüz var, üzümə deyin, mənim kimi! Siz özünüz də gözəl bilirsiz ki, mən Aynur Əhmədova Lənkəranda əxlaqım və sənətimlə çox böyük hörmət sahibiyəm. 19 ildir bu teatrda başım sizin əlinizdən nələr çəkir, nə edim ki, gedəcək yerim yoxdur. Ölün, qurban olun mənim plastik maaş kartıma ki, maaşa ehtiyacım var, daha sizin kimi titul, fəxri ad, mükafat acı deyiləm. Məcbur və məhkumam sizin kimi təhlükəli və qorxulu insanlarla işləməyə. Siz artıq saxlama müddəti bitən məhsullar kimi iylənirsiz, adam sizin dedi-qodunuzdan iyrənir. Mənim rollarıma kim nə desə, vecimə də deyil, mənim əxlaqıma söz deyən kaftarlar, sizi məhv edərəm!!!! Qorxun Allahdan!"


Namus statusu aktrisanın başına bəla oldu — Lənkəranda (FOTO)













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.