Samir Cavadzadə: "Xanım sənətçi ilə ailə qurmaram"

21-05-2016, 13:51           
Samir Cavadzadə: "Xanım sənətçi ilə ailə qurmaram"
Müğənni Samir Cavadzadə big.az-a özəl həyatı ilə bağlı açıqlama verib.

Müğənni Nura Surinin "illərdir ki, Samirlə ər-arvad münasibətində yaşayırıq" açıqlamasına S.Cavadzadə belə münasibət bildirib:

"Arvadağa düz deyir (gülür). Təbii ki, zarafat idi. Biz dostuq".

"Sənətçi ilə ailə qurarsınızmı?" sualına isə Samir Cavadzadə bildirib ki, bu çox çətin olar:

"Evlənməyi düşünürəm, onsuz da sonumuz buna gəlib çıxacaq. Hazırda həyatımda heç kim yoxdur. Amma sənətçi ilə ailə həyatı qurmaq mənim üçün çox çətin olar. Məncə, hər ikimiz üçün çətin olar. Ona görə də sənətçi ilə ailə həyatı qurmağı düşünmürəm. Çünki evdə 1 ulduz olmalıdır. (gülür) Nə qədər biz bir-birimizi başa düşsək də, qısqanclıqlar olar.

Hərdən anamla zarafat edirəm, deyirəm ki, sənə Nigeriyadan bir qız alacağam. Bir-birinizi başa düşməyəcəksiniz, qeybət etməyəcəksiniz. Həm də siz bir-birinizi başa düşənə kimi illər keçəcək, mən də rahat olacağam. Necə fikirdir? Mənim üçün hansı millətin qızı ilə ailə həyatı qurmağın heç bir fərqi yoxdur".

S.Cavadzadə həmçinin son vaxtlar həyatındakı çatışmazlıqlardan da danışıb:

"Həyatımda gözəl proyektlər, mahnılar çatışmır. Son vaxtlar çox narazı olmuşam, heç nəyi bəyənmirəm. Çünki həmişə gözəllik, gözəl mahnı axtarıram. Əgər mahnım 1-2 ay səslənəcək, sonra gündəmdə olmayacaqsa, mən bunu etməyəcəyəm. Efir xatirinə mən bunu etməyəcəyəm".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.