Azərbaycan televiziyalarında həmcinsbazlıq şüuraltı belə təbliğ olunur - ŞOK

9-04-2015, 10:46           
Azərbaycan televiziyalarında həmcinsbazlıq şüuraltı belə təbliğ olunur - ŞOK
25-ci kadr (subliminal reklam, ing. Subliminal message) əlavə kadrlar şəklində gizli mesaj yerləşdirmək vasitəsilə insanların düşüncə və şüuraltına təsir etmək üçün həyata keçirilən metoddur. Bu subliminal reklam bir sıra ölkələrdə qadağan edilmişdir.

İnsanın görmə qabiliyyəti saniyədə 24 kadr seçə bilir. Belə ki, kənarların dəqiqliyi və ekranda obyektlərin hərəkət sürəti şərtdir. Buna görə də kənar kadr 1/24 saniyədən az göstərilərək şüuraltıda gözlənilməz təsir buraxır. Həmin vaxt beyinə ötürülən informasiyalar zamanı qəsd edilmiş məlumat da ötürülür. İnformasiyalar beyində emal olunarkən bu ideya da özünə yer edir.

25-ci kadr daha çox reklam xarakteri daşıyır. Bu texnologiya işə salındığı zaman kadrda yeridilən reklam uğur gətirmişdir. Bundan istifadə etmiş bir neçə şirkət, zamanəmizin “sözükeçən” sahibkarlarından hesab edilir.

Kinoteatr, reklam çarxları, filmlər və s. vasitələrlə bizlərə şüuraltı çoxlu sayda informasiyalar ötürülür. 25-ci kadr bir çox şirkətlərin zəmanəsinin məşhur brendinə çevirilməsinə səbəb olmuşdur.

Tibb sübut edib ki, insan beyni hər gün müəyyən qədər informasiya toplayır və bu informasiya gecə yatdığımız zaman emal olunur, lazım olanlar yaddaşda saxlanılır, lazımsızları silinir. Nə üçün yaşadığımız onilliklərin hər saniyəsi yadımızda qalmır, ancaq məxsusi anlarımız xatirələrimizdə ölənədək qalır? Həyatınızda baş vermiş, önəmli anları xatırlamağa çalışın. Anladacağım misallar sayəsində ən önəmli anlarınızda olan 25-ci kadrı yadınıza sala biləcəksiniz.

Bəzi gənclər dərs oxuyarkən, oxuduqları beyinlərinə yazılır. Lakin informasiya yazılan anda məlumatla yanaşı bir musiqi parçası da işini görə bilər. Uzun illər keçəndən sonra öyrəndiyiniz dərs materialını yadınıza salarkən, həmin musiqi parçasını da xatırlayacaqsız.

Belə kadrlara - istər mənfi, istərsə də müsbət olsun, tez-tez rast gəlirik. Reklam və ideyaötürücü xarakterli metodikanın təbii çevrəsini anlamağa çalışsaq, bir çox şeyi çözə bilərik. İnsanlara təsir etmək heç də çətin deyil. Sadəcə olaraq, nəzərlərini cəlb edərək, lazımi zamanda lazımi materialı beyninə ötürmək gərəkdir. Gerisi üçün narahat olmağa dəyməz, yadda qalacaqdır!

Son günlər Azərbaycan televiziyalarında LG televizorlarının gen-bol reklamında da bu ideyadan istifadə etdiklərini söyləsək, yanılmarıq. Bir neçə gün əvvəl baxmağıma baxmayaraq, neçə gündür reklam rolikindəki bəzi kadrları unuda bilmirəm, istifadə olunan rəng çalarlarının ardıcıllığını harada gördüyümü xatırlamağa çalışıram və nəhayət bu gün tapdım. Təsəvvür edin ki, bütün dünyada həmcinsbazlığın bu və ya digər formada təbliğ olunduğu bir vaxtda LG-nin reklam rolikində də şüuraltı iş görən 25-ci kadrdan, daha doğrusu həmcinsbazların bayraqlarındakı rəglərin ardıcıllığından yararlanıblar. Əminliklə deyə bilərəm ki, hazırlanan reklam rolikində rənglər təsadüfən seçilməyib. Və mənim kimi minlərlə insanın şüuraltında özünə yer edən 25-ci kadr dəhşətidir. (FaktXeber.com)













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.