21-ci əsr Azərbaycan məmurlarının yeni əyləncə növü... - Təlxəklikdən pul qazananlar da var imiş...

10-04-2015, 17:01           
21-ci əsr Azərbaycan məmurlarının yeni əyləncə növü... - Təlxəklikdən pul qazananlar da var imiş...
Orta əsrlərdə krallar, hökmdarlar öz saraylarında təlxək saxlayardılar. Görünür, var-dövlətin çoxluğundan həyata marağını itirmiş kralların əylənmək, gülmək, vaxt keçirmək üçün təlxəklərə – klounlara xüsusi ehtiyacı var imiş.

Hər bir sənət müasirləşdiyi, necə deyərlər “modern”ləşdiyi kimi təlxəklik peşəsi də təkmilləşməkdə davam edir və yeni keyfiyyətlər qazanır, hətta adını da dəyişir.

Azərbaycanda çiçəklənməkdə olan bu təzə sənətin adına “Proqram”da deyirlər. Ancaq mahiyyət etibarı ilə bu elə təlxəklikdir.

Deməli, kim oliqarxların məclisində yaxşı təlxəklik edə bilsə, onun adını “Proqram” qoyub, “kruqa” buraxırlar. Ancaq hər təlxək o adı qazana bilməz, ancaq hansısa oliqarx onu “raskrutka” eləsə, onda həə, həmin təlxək “Proqram “adını qazana bilər. Loru dildə desək, təlxəyin də bir “Lələ”si olmalı, ona xeyir-dua verməlidir. Lələsiz təlxək yetim kimidir…

Bəs “Proqram”ın işi nədən ibarətdir..?

Məsələn, “Proqram – təlxək” Dubaya, Moskvaya, Kiyevə “qastrola” gedib orda yaşayan soydaşlarımızı güldürüb-əyləndirib, Bakıdakı son xəbərləri onlara danışır…Və əvəzində Proqramın bilet, maşın, benzin, kostyum, digər xərclərinin pulunu həmyerlilərimiz artıqlaması ilə ödəyir. Hətta hərdən yaxşı “ mükafat-bonus” da olur.

Bu gün bərk gedən təlxəklərdən biri də İlyasdır. Hətta bizə çatan məlumata görə, İlyas təlxəklik kursu açıb orda cavan təlxəklərə müharizə oxumaq istəyir.

İlyasın özəlliklərindən biri odur ki, bu adam özünü imkanlı şəxslərin övladlarının təlxəyi kimi yox, guya yaxın dostu, qardaşı kimi qələmə vermək istəyir. Yəni özünü cəmiyyətə ciddi adam kimi təqdim eləmək istəyir. Guya onu elitaya səmimi dostluq telləri bağlayır.

Biz əlbəttə İlyasın peşəsinə, sənətinə pis baxmırıq. Ehtiyac olmasaydı bu peşə də yaranmazdı. Amma hər kəs ayağını öz peşəsinə görə uzatmalıdır.

Bəli, əsas məsələ “ayaq-yorğan” məsələsidir. Ayaq uzun olanda yorğandan qırağa çıxır. Amma deyəsən bu təlxək söhbəti uzanıb lap əndazədən çıxıb.

Bizə daxil olan məlumata görə, köhnə təlxəklər indi də mətbuat katibi funksiyasını yerinə yetirməyə başlayıblar. Bəli, modern təlxəklər yavaş-yavaş 4-cü hakimiyyət olan mediaya təsir etmək istəyirlər. Hər gün öz “ağa”ları barədə mətbuatda gedən məlumatları toplayıb axşam vaxtlarında onlara məruzə edirlər. Və əvəzində “ağa”larından yaxşıca “qonorar” alırlar.

Hətta bir gün bu “mətbuat katibləri”nin Mətbuat Şurası yaradacağı da istisna olunmur.

Bu yerdə atalar deyib ki, qulaq gündə təzə bir söz eşitməsə kar olar…
qafqaznews.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.