Aşıq Ədalət söyüşünü geri götürdü - VİDEO

13-04-2015, 11:52           
Aşıq Ədalət söyüşünü geri götürdü - VİDEO
Aşıq Namiq həmkarı Aşıq Ədalətin “Səbəbkar” verilişində onu təhqir etməsinə münasibət bildirib. Lent.az-a açıqlama verən aşıq bildirib ki, məsələni aydınlaşdırmaq üçün sənətkarın evində qonaq olub: “Artıq bir neçə gündür ki, mətbuatda bu mövzuda adım hallanır. Bir çoxları dedi ki, guya ustad Ədalət məni söyüb. Amma bu, belə deyil. Şayiələrə son qoymaq üçün evinə getdim və barəmdə dediyi fikirləri özüm lentə aldım. Yəni o söyüşü mənə söyməyib”.

Xatırladaq ki, Aşıq Ədalətin özündən çıxmasına səbəb, qonaq olduğu verilişdə aşıq Namiqin saz havasına rəqqasə Aytənin oriyental oynaması olub.

Sənətkarın söyüşləri cavabsız qalmayıb. Lent.az-a açıqlama verən Aytən bildirib ki, artıq aşıq Ədaləti məhkəməyə verib.
[media=https://www.youtube.com/watch?v=Y4tp-dZV02Q]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.