Əli Mirəliyev aranı yenidən qızışdırır... - “Aşıq Ədalət düz eləyib, söyüş söyüb”

14-04-2015, 16:09           
Əli Mirəliyev aranı yenidən qızışdırır... - “Aşıq Ədalət düz eləyib, söyüş söyüb”
“Saz bizim milli havamızdır. Saz göyə hoppandırıb-tutmaq üçün, qabağında göbək rəqsi etmək üçün deyil”.

Bu sözləri Editor.az-a açıqlamasında müğənni Əli Mirəliyev Aşıq Ədalətin efirdə aşıq Namiqi və rəqqasə Aytəni söyməsinə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, Aşıq Ədalət şoumen deyil, böyük sənətkardır:

“Bu gün şou-biznes o qədər murdarlaşıb, iyrəncləşib ki, hər şeydən şou yaratmağa çalışırlar. Biri göyə saz tullandırır, o biri qabağında lüt qız oynadır. Bəsdirin, bizim milli sərvətlərimizə, milli musiqimizə əl uzatmayın. Aşıq Ədalət bizim dədəmizdir. Bizi döyə də bilər, söyə də. O, görəndə ki, illərdir can qoyduğu sənəti ayaqlar altına atılır, buna dözə bilməzdi. Yaşlı adamdır, ola bilər özünü saxlaya bilməyib, söyüş söyüb. Bunu şişirtməyə, şou düzəltməyə ehtiyac yoxdur. O, düz eləyib, söyüş söyüb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.