""Səni axtarıram" verlişinin müəlliflik hüququ Xoşqədəm xanıma aid deyil" - ATV Xoşqədəm Hidayətqızının ittihamlarına cavab verdi

14-04-2015, 21:19           
""Səni axtarıram" verlişinin müəlliflik hüququ Xoşqədəm xanıma aid deyil" - ATV Xoşqədəm Hidayətqızının ittihamlarına cavab verdi
“Azad Azərbaycan” Televiziyası “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının ittihamlarına cavab verib. Lent.az-a daxil olan açıqlamada bildirilir:

"Səni axtarıram" verlişinin müəlliflik hüququ Xoşqədəm xanıma aid deyil. Layihənin 2 müstəsna hüquqi sahibi var. Müəllif Hüquqları Agentliyi tərəfindən bu sənəd 11.10.2013 tarixdə qeydiyyata alınıb və burada da açıq şəkildə göstərilib ki, birinci müstəsna hüquq sahibi Azad Azərbaycan MTRK-dır. İkincisi Xoşqədəm Hidayətqızı və digər hüquqi şəxslər (bura isə daha 3 nəfər aiddir). Bunu verilən şəhadətnamənin ardıcıllıq nömrəsindəndə aydın görmək olar. (N-7722 ATV kanalında, N-7723 isə Xoşqədəm xanımdadır). Və buradan da aydın görünür ki, əsas söz sahibi ATV kanalıdır”.

Açıqlamada qeyd olunur ki, bu səlahiyyətin tam olaraq Xoşqədəm xanıma verilməsindən kanalın rəhbəri Vüqar Qaradağlı imtina edib: “Bu da onun müstəsna hüququdur və o da öz şəxsi maraqlarına görə yox, rəhbərlik etdiyi ATV-nin maraqlarına uyğun olmadığına görə bu qərara gəlib. Digər tərəfdən veriliş ATV-də yaranıb. O vaxt vitse-prezident vəzifəsində çalışan Həsən müəllimin rəhbərliyi və məsləhəti əsasında bu layihə ərsəyə gətirilib. Yəni bu layihə kənarda hansısa prodakşının və yaxud da konkret bir şəxsin beyninin məhsulu olmayıb. ATV-nin məhsulu olub. Xoşqədəm xanımın "söhbəti olduğu kimi danışacam" deməsinə gəlincə, bu məqama vaxtı gəldikdə aydınlıq gətirilə bilər. Xoşqədəm xanım bildirib ki, bu verlişin gəlirinin 50%-i ona çatmalı idi. Hər bir razılaşma qanuni müqaviləyə əsaslanmalıdır. 01 oktyabır 2013-cü il tarixində ATV kanalı ilə Xoşqədəm Hidayətqızı arasında bağlanan müqavilənin "maliyə şərtləri və ödəniş qaydalar" hissəsində açıq göstərilib ki, "Səni axtarıram" televizya verlişinin hazırlanmasına və yayım formasında istifadəsinə görə verilişin ssenari müəllifi və aparıcısı Xoşqədəm Hidayət qızı Baxşəliyevaya əməkhaqqı ödənişi onunla "Azad Azərbaycan" MTRK arasında bağlanmış 0208.2012-ci il tarixli əmək müqaviləsinə uyğun olaraq həyata keçirilir.
Həmin müqavilənin 3.2-ci bəndində isə açıq şəkildə yazılır ki, "Tərəflərin qarşılıqlı razılığı ilə "Səni axtarıram" televiziya verilişinin hazırlanmasına və ATV-də yayımına görə verilişin ssenari müəllifi və aparıcısına qonorar ödənilməyəcək.
O ki, qaldı komanda məsələsinə, yəni birgə çalışdığı insanlarla birlikdə digər kanala keçməsinə, ATV kanalı olaraq bir daha bəyan edirik ki, adı çəkilən layihədə çalışan insanlar kanalın əməkdaşlardır, konkret olaraq hansısa şəxsin yox. Və digər tərəfdən həmin layihədə çalışanların ümumi sayı, Xoşqədəm xanım daxil 10 nəfər olub. Və onlardan 5 nəfəri hazırda da şirkətdə digər layihələrdə öz işlərini davam etdirirlər. Digər 4 nəfər isə hələ ki, öz yekun qərarını verməyib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.