ANS rəhbərliyi Xoşqədəmə şərt qoydu...

15-04-2015, 11:00           
ANS rəhbərliyi Xoşqədəmə şərt qoydu...
ATV-dən qalmaqalla ayrılan tanınmış jurnalist Xoşqədəm Baxşəliyeva ANS telekanalının prezidenti Vahid Mustafayev və Mirşahin Ağayevlə görüşüb.

Bu barədə X. Baxşəliyeva özü məlumat verib.


“Bu gün əsas komandamla Vahid Mustafayev və Mirşahin Ağayevin yanında olduq. Möhtəşəm bir görüş oldu. Həqiqətən ANS bir məktəbdir. Biz ANS-dən kənarda olsaq da demə elə o məktəbi bitirmişik. Qısası döyüş alnımıza yazılıb. Yeni iş yerimizə getdik. ANS-in gözəl komandası ilə görüşdük. Qismətimizə bu da yazılıbmış. Xeyirli uğurlu olsun”-deyə jurnalist qeyd edib.

Əldə etdiyimiz digər məlumata görə, Xoşqədəm Baxşəliyeva ilə görüşdə Vahid Mustafayev teleaparıcının qarşısında ciddi tapşırıqlar qoyub. Bildirilib ki, yeni layihə ən azı ATV-də yayımlanan “Səni axtarıram” verilişi qədər reytinqli olmalıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.