Tanınmış televiziya eksperti: - “Azərbaycan TV-lərindəki verilişlərin heç biri orijinal deyil”

15-04-2015, 17:44           
Tanınmış televiziya eksperti: - “Azərbaycan TV-lərindəki verilişlərin heç biri orijinal deyil”
“Azərbaycan televiziyalarında gedən verilişlərin formatının heç biri orijinal deyil. Onların hamısı müxtəlif dünya və qonşu ölkələrin televizyalarından götürülüb. Əgər bir veriliş təkrardırsa, mütləq onun lisenziyası alınmalıdır”.

Bunu tanınmış tanınmış televiziya eksperti Zeynal Məmmədli Modern.az saytına açıqlamasında deyib.

O, qeyd edib ki, verilişlərin lisenziyası alınmayana kimi, mübahisələr olacaq:

“Televiziya praktikasında hər hansı veriliş, format və ya aparıcı ilə bağlı daim mübahisələr gedib və gedəcək də. Bu mübahisələrin də yeganə ən sınanmış yolu müəllif və mülkiyyət hüququ ilə bağlı problemin həllidir. Bir veriliş başlayanda onun müəllifinin və mülkiyyətinin kim olduğu bilinir. Əgər bu əvvəlcədən aydınlaşırsa, sonradan hər hansı mübahisələr olmur.

Bizdə isə bu qaydalara əməl etmirlər. Bu səbəbdən mübahisələri yersiz sayıram. Ümumiyyətlə, bu tip mübahisələr fərdlər arasında olur. Mübahisənin ictimai tərəfi isə indiki şərtlər daxilində problemli qalacaq. Cəmiyyətdə mülkiyyət hüququna, mülkiyyətə hörmət olmayanda bu cür mübahisələr baş verir. Əslində bu mübahisələr çox ciddi məsələni kölgədə qoyur. Nəticədən danışmaq, onu müzakirə etmək əvəzinə, bunu doğuran səbəbləri üzə çıxarıb onlarından danışmalıyıq”.

Xatırladaq ki, bir neçə gün öncə ATV-dən qalmaqalla ayrılan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı keçirdiyi mətbuat konfransında kanaldan ayrılmasının əsas səbəbkarının telekanal rəhbəri Vüqar Qaradağlı olduğunu bildirib. O, ANS telekanalına keçdiyini deyib, qeyd edib ki, veriliş gələn həftədən ANS-in efirində olacaq.
O, ANS-də də yayımlanacaq verilişin adının elə “Səni axtarıram” olacağını vurğulayıb.
ATV isə bəyan edib ki, Müəllif Hüquqları Agentliyinin verdiyi sənədə görə, “Səni axtarıram” verilişinin müəlliflik hüququ onlara məxsusdur, Xoşqədəm Hidayətqızına yox...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.