Nadir: "Onu saxlayan kişinin arvadı evində 3 manatlıq xalatla dolaşır"

15-04-2015, 23:51           
Nadir: "Onu saxlayan kişinin arvadı evində 3 manatlıq xalatla dolaşır"
Müğənni Nadir Qafarzadə şou-biznesin xanım ifaçıları ilə bağlı qalmaqallı açıqlamalar verib
axşam.az xəbər verir ki, sənətçi "Gün üzü" verilişində bunları deyib:

"Avropadakı məşhurlar çox sadədirlər. Bizdə bir müğənninin beş bahalı telefonu olur. Bu da yekəxanalıqdan irəli gəlir. Çıxıb efirə deyirlər, bu libası on minə almışam. Bunu deyən "ulduz"a o paltarı özü yox, "çuvak"ı alıb.

Onun pulu haradandır? Toya getmir. Şou-proqramda 50 manata oxuyur. Allah sevgilinin canını sağ eləsin, maşın da, on minlik paltar da alır. Amma onu saxlayan kişinin arvadı evində 3 manatlıq xalatla dolaşır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.