Xoşqədəm linza taxanlara atmaca atdı; "Sincab görəndə, onları xatırladım”.

31-08-2015, 11:39           
Xoşqədəm linza taxanlara atmaca atdı; "Sincab görəndə, onları xatırladım”.
Aparıcı Xoşqədəm Hidayətqızı linza taxan tanınmışlara irad bildirib.

Axşam.a-ın məlumatına görə, o bu haqda sosial şəbəkədə yazıb.

X.Hidayətqızı linza taxanları sincaba bənzədib:

“Son zamanlar linza taxmaq dəb halını alıb. Sanki gözəl gözlərinə linza qoyub, öz aləmlərində daha da yaxşı olurlar. Özüdə hamı yaşılgözlü olmaq istəyir. Qızım, Allah sənin rənginə uyğun göz verib, onu niyə dəyişirsən? Sincab görəndə, onları xatırladım”.

X.Hidayətqızı daha sonra ailə haqqında bəhs edib:

“Ailə heç nəyin yoxkən axşamları evində sakit yatmaq, səhərləri bir masanın arxasında toplaşmaq, varlı yox, kasıb süfrəndə xoşbəxt olmaqdır. Bir-birinizə bəslədiyiniz hörmət və sevgidir ailə. Bir şeyi də unutmayın, pul hər zaman xoşbəxtlik deyil. Allah ailələrimizi qorusun, qəlbi kinlə dolu pis insanlarla bizi qarşılaşdırmasın”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.