Telekanallarda reklamlarla bağlı yeni təkliflər hazırlanır

31-08-2015, 12:16           
Telekanallarda reklamlarla bağlı yeni təkliflər hazırlanır
Azərbaycan televiziya məkanında qaçan sətrlərin reklamı ilə bağlı yeni təkliflər paketi hazırlanır.

Bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə artıq işlər gedir və ilin sonuna kimi təkliflərin hazır olması gözlənilir: “Təkliflər bir sıra məsələləri özündə cəmləşdirəcək. Yeni təkliflərə əsasən, qaçan sətirlərin həcmi və hansı verlişlər zamanı yayımlanmalıdır kimi məsələlər müəyyənləşdiriləcək.

Çalışacağıq ki, efirdə yayımlanan qaçan sətirlərin reklamı ilə bağlı bütün məsələləri bu paketlərdə cəmləşdirək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.