Elnarə Təhməzova yenidən ANS-in efirində - VİDEO

3-09-2015, 13:16           
Elnarə Təhməzova yenidən ANS-in efirində - VİDEO
Ötən mövsüm ANS-in efirindən uzaqlaşdırılan aparıcı Elnarə Təhməzovadan yeni xəbər var.

Axşam.az-ın məlumatına görə, aparıcı payızda yenidən eyni kanalda efirə çıxacaq. Belə ki, ANS-in bu mövsümlə bağlı hazırlanan reklam çarxında E.Təhməzova da yer alıb. Sosial şəbəkədə paylaşılan videonun yanına onun “İncə maraqlar” və “İncə+” verilişi ilə efirə yenidən çıxacağı vurğulanıb.

Qeyd edək ki, E.Təhməzovanın efirdə hicablı xanımlarla bağlı işlətdiyi ifadələr birmənalı qarşılanmamış, bir qrup dindar onun uzaqlaşdırılmasını tələb etmişdi. ANS rəhbərliyi isə “Aparıcının fikirlərinə görə kanal rəhbərliyinin məsuliyyət daşıdığını biz dəfələrlə elan etmişik və bir daha bildiririk. Fərqi yoxdur, aparıcı nəyi demək istəyirdi, necə alınıb, fakt artıq ortadadır, tamaşaçı hissiyyatına toxunulub və ANS rəhbərliyi kimi Biz tamaşaçılardan üzr istəyirik. Daxil olan müraciətlər əsasında ANS-in Yaradıcılıq Şurası bu məsələni tam obyektiv şəraitdə araşdırmağa başlayıb, aparıcı Elnarə Təhməzovanı efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar verib” deyə, açıqlama yayılmışdı.

E.Təhmazova açıqlamasında “Mənim müqaviləmə xitam verilib. Bu isə yay tətili ilə bağlıdır. Bütün aparıcılar istirahətə gedəndə iş müqaviləsinə xitam verilir. Hazırda məzuniyyətdə sayılıram. Əgər ANS-dən çıxmaq istəsəm, gedib ərizə təqdim edəcəyəm, üstünə qol çəkilsə, ayrılacağam” deyə, bildirmişdi.
[media=https://www.youtube.com/watch?v=pTIpf1mp_3w]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.