Müğənni: “Elgizin bu sözlərinə görə çıxdım...” - Qalmaqal

14-09-2018, 10:29           
Müğənni: “Elgizin bu sözlərinə görə çıxdım...” - Qalmaqal
Müğənni Sevda Sanalıyeva aparıcısı Elgiz Əkbərin aparıcı olduğu “Səhər-səhər” verilişini yarımçıq tərk etməsinə izah verib.

Teleqraf.com-un məlumatına görə, ifaçı bildirib ki, o, efiri canlı oxumamaq üçün tərk etməyib: “Bu mövzuyla bağlı mənim üçün narahat olan insanlar var. Veriliş başlayandan bitənə qədər aparıcı Elgiz Əkbər mənim “Leyli” adlı mahnımın uğursuz olduğunu dedi.

Dedi ki, mahnım pisdir. Halbuki həmin mahnım dinləyicilər tərəfindən çox sevilir. Bu bəstəyə görə məni el şənliklərinə çağırırlar. Ən çox xətrimə dəyən sözü isə tək mənimlə bağlı olmadı. Mahnımı bəyənən dinləyicilərim haqqında xoş olmayan sözlər dedi. Söylədi ki, bu mahnıya qulaq asanlar zövqsüzdür. Yəni Elgiz müəllim mənim dinləyicilərimi təhqir etdi.

Bu da mənim xoşuma gəlmədi, əsəblərim pozuldu, verilişi tərk etdim. Verilişin sonunda dedi ki, bu mahnın yaxşı deyil, inşallah bundan sonra oxuduğun mahnılar uğurlu olar. Mən də bu sözlərə dözmədiyim üçün ordan getdim”.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.