XOŞQƏDƏMIN VERILIŞININ ADI DƏYIŞDI – “XOŞQƏDƏMLƏ SƏNI AXTARIRAM”

20-04-2015, 16:38           
XOŞQƏDƏMIN VERILIŞININ ADI DƏYIŞDI – “XOŞQƏDƏMLƏ SƏNI AXTARIRAM”
ATV ilə yollarını ayıran Xoşqədəm Hidayətqızı ANS televiziyasında yayımlanacaq verilişinin adını açıqlayıb. Publika.az-ın məlumatına görə, aparıcı yeni verilişində “Səni axtarıram” adından istifadə etməyəcək. Amma verilişin mahiyyəti eyni olacaq. Xoşqədəm xanım yenə də ailəsindən və doğmalarından uzaq düşmüş insanların axtarışları ilə məşğul olacaq. Verilişin adına gəlincə, bu, aparıcının öz adı ilə bağlıdır. Yəni verilişin adı "Səni axtarıram" yox, “Xoşqədəmlə axtarıram səni” olacaq.
Veriliş aprelin 26-dan etibarən hər bazar axşam saat 22:00-da yayımlanacaq. "Dostlar, ANS-ə baxın. Çox gözəl kino gedir. Sadəcə, bu həftəlik. Gələn həftə bu vaxt evlərinizin qonağı biz olacağıq. Sizlərin kanalı, yaxınlarının axtarışına çıxan minlərlə insanın ümid yeri ANS-dəyik artıq. Döyüş alnımıza yazılıb. Birlikdə hamımızın kanalı ANS-i izləyək. Gələn həftədən hər bazar saat 22:00-da "Səni axtarıram" ANS-də olacaq", - aparıcı instaqram səhifəsində yazıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.