Bond haqqında çəkiləcək filmin yeni rejissorunun adı açıqlanıb

21-09-2018, 07:01           
Bond haqqında çəkiləcək filmin yeni rejissorunun adı açıqlanıb
41 yaşlı rejissor Keri Fukunaqa yeni filmin rejissoru təyin olunub. Trend-in məlumatına görə, “Əsl detektiv” serialının və “Ceyn Eyr” filminin rejissoru Fukunaqa bu ilin avqust ayında vəzifəsini tərk etmiş Denni Boylu əvəz edir.

Ceyms Bond haqqında 25-ci film 2019-cu ilin mart ayında başlayacaq. Baş rolda Deniel Kreyqin çəkiləcəyi gözlənilir. Filmin dünya premyerası 14 fevral 2020-ci il tarixində baş tutacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.