Qum üzərində müstəqil şəkildə hərəkət edən “heyvanlar”

26-09-2018, 07:31           
Qum üzərində müstəqil şəkildə hərəkət edən “heyvanlar”
Niderlandlı rəssam və heykəltəraş. Teo Yansen dünyanı qəribə mexanizmlərlə illər boyu heyran edir. Trend-in məlumatına görə, həmin mexanizmlər böyük skeletləri xatırladır və küləyin təsiri altında müstəqil olaraq hərəkət edir.

Yansen maşınlarının istehsalını hələ 1990-ci ildə başlayıb və bu yaxınlarda Uminami adlı yeni işini təqdim edib. Əvvəlki işləri kimi mexanizm küləyin təsiri altında hərəkət edir və böyük qırxayağı xatırladır.

Yansenin yaratdığı “heyvanlar” əksər hallarda nəsli kəsilmiş heyvanları və ya yadplanetliləri xatırladır.

Heykəltəraşın özü etiraf edir ki, elə mexanizmlər yaratmaq istəyir ki, onlar müstəqil şəkildə qum üzərində milyonlarla il hərəkət edə bilsin. Anca hələ ki, indiki “heyvanlara” qulluq etmək lazımdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.