Musa Musayev xeyir-dua verməyən anası qarşısında diz çökdü

20-04-2015, 17:29           
Musa Musayev xeyir-dua verməyən anası qarşısında diz çökdü
"A-dan Z-yə" şousunun növbəti qonaqları hər zaman ətraflarında qalmaqal olan Təranə Qumral və Musa Musayev olub. ANS TV-də Bakı Filmin təqdimatında Zaur Nəbioğlunun aparıcılığı ilə yayımlanan verilişdə cütlüyə nikah mərasimi və toy edilib.

ANS PRESS-in məlumatına görə, Zaurun aşkarladığı fakta əsasən Təranə Qumral və Musa Musayev 5 il əvvəl rəsmi nigahlarını pozublar. O zamandan rəsmi nigaha daxil olmayıblar və illər əvvəl birgə həyat quranda da Musa bəyin ailəsi icazə vərmədiyindən toy mərasimi etməyiblər. Bunu nəzərə alan aparıcı səbəbkarların razılığı ilə onlara toy və rəsmi nikah mərasimi qurub. Mərasimdə onların yaxınları, ailə dostları, qızları, kürəkənləri və nəvələri də iştirak ediblər.

Veriliş zamanı hələ də cütlüyün bu izdivacını Musa Musayevin ailəsi qəbul etmədiyi yenidən üzə çıxdı. Zaur Təranə Qumrala üz tutaraq, "Bu gün ən çox Musa Musayevin ailə üzvlərindən kimin xeyir duasını eşitmək və almaq istərdiniz?" sualına cavabında Qumral "ƏIlbətdə, anasının" deyib. Bu cavabdan sonra studiyada həyəcanlı anlar yaşanıb. Çəkiliş məkanına gələn ağbirçək ananın dedikləri hamını kövrəldib. Bilgəhdə yerləşən Qocalar Evinin sakini ağbirçək Xanım Məmmədova bu cütlüyə arzu etdikləri xeyir-duanı verib.

Zaur verilişdə bunu etməsinin səbəbinə belə aydınlıq gətirib: "A-dan Z-yə" komandası dünən Bilgəh Qocalar evinə getmişdik. Orada Xanım ananın bir küncə çəkilib gözünü pəncərədən ayırmadığını gördüm ona yaxınlaşdım. Ordan-burdan söhbət edəndə dedi ki, bu yaxınlarda Təranə və Musa gəlmişdi. Övladı atan ana onlardan nəvaziş gördüyünü dedi. Mən də ona söz verdim ki, Təranə ilə Musaya həsr olunmuş verilişə dəvət edəcəm".

Hər iki cütlük edilən bu kövrək də olsa xoş surpizdən məmnun qalaraq Xanım anaya sarılaraq bu gündən onu öz anaları kimi qəbul edəcəklərinə söz verdilər. Musa Musayevin dizini yerə qoyaraq öz doğma anasının hər zaman qarşısında baş əydiyini və nə olursa olsun, onun haqqını heç vaxt unutmayacağını deməsi hər kəsi ağladıb.

Xatırladaq ki, Təranə Qumralla evlənənə qədər Musa Musayev ailəsinin istəyi ilə xalası qızı ilə ailəli olub və ondan heç bir övladı olmayıb. Təranə Qumralın isə ilk nigahından iki qızı olub. İlk nikahları alınmayan Təranə və Musa təxminən 20 il əvvəl evləniblər. Cütlüyün Sevgim adında qızları var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.