Arda Turan müğənninin arvadına sataşıb? – Açıqlama

11-10-2018, 00:09           
Arda Turan müğənninin arvadına sataşıb? – Açıqlama
“Başakşehir” klubunun futbolçusu Arda Turan tanınmış müğənni Berkay Şahinin həyat yoldaşına sataşması barədə yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər ki, Arda davanın namus üstündə olmadığını bildirib: “Dava namus üstə deyil. Yayılan xəbərlər yalandır”.

Qeyd edək ki, ifaçının həyat yoldaşı Özləm Ada Şahin məsələ ilə bağlı deyib: “Arda Turan qoluma toxundu, əyilərək qulağıma “Evli olmasam səni qaçırardım. Çox gözəl qızsan” dedi. Mən də “özünə gəl” dedim. Bunu Berkay gördü və Ardanın qulağına “İndi arvadımı göndərirəm. Kişi kimi danışarıq” dedi. Berkay məni evə göndərmək istədi. Başını çevirəndə Arda yumruq atdı. Hadisə anidən oldu. Berkay onu vurmadı”.

Berkayın burnu qırılıb və onu xəstəxanaya aparıblar. Arda isə silahla xəstəxanaya gəlib. O, müğənninin otağına gələrək deyib:

“Onun sənin həyat yoldaşın olduğunu bilmirdim. Öldür məni, çox peşmanam. Mən çox böyük öküzlük etmişəm. Üzr istəyirəm”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.