Pompeo Türkiyədə Qaşıqçının "qətli zamanı" qeydə alınan səs yazısını dinləyib

19-10-2018, 06:40           
Pompeo Türkiyədə Qaşıqçının "qətli zamanı" qeydə alınan səs yazısını dinləyib
Pompeo Türkiyədə Qaşıqçının "qətli zamanı" qeydə alınan səs yazısını dinləyib

Ona səs yazısının stenoqramı verilib
ABŞ-ın dövlət katibi Maykl Pompeo Türkiyəyə səfəri zamanı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda müxalifətçi jurnalist Camal Qaşıqçının qətli zamanı qeydə alındığı ehtimal edilən səs yazısını dinləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ABC telekanalı məlumat yayıb.

Türkiyənin rəsmi şəxsləri sırasından olan mənbənin məlumatına görə, Pompeo səs yazısı ilə çərşənbə günü tanış olub, bundan əlavə, ona səs yazısının stenoqramı verilib.

Eyni zamanda Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert telekanala bildirib ki, Pompeo "plyonkanı dinləməyib". Lakin o, dövlət katibinin stenoqramı alıb-almadığını dəqiqləşdirməyib.

ABC-nin məlumatına görə, Pompeonun ABŞ prezidentinə Səudiyyə Ərəbistanı və Turkiyəyə səfərləri barədə məruzə edən zaman stenoqramı ona verib-vermədiyi hələ məlum deyil.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçının çox ehtimal ki, öldüyünü bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.