Arda Turana bir zərbə də qayınatasından gəldi

20-10-2018, 18:48           
Arda Turana bir zərbə də qayınatasından gəldi
Gecə klubunda müğənni Berkayla dava edəndən sonra işi məhkəməyə düşən futbolçu Arda Turan qayınatasını əsəbiləşdirib.

Sfera.az xəbər verir ki, 8 ay yarımlıq hamilə olan Əsli Doğanın atası Səbri Doğan qızını öz evinə aparıb. Ardaya isə "Qızım uşağı doğana qədər burada qalacaq” deyib.

Xatırladaq ki, Arda Turan gecə klubunda etdiyi davada Berkay Şahinin burnunu sındırmışdı. Futbolçu bununla kifayətlənməyib əlində silah Berkayın getdiyi xəstəxanaya getmişdi.

Yol verdiyi qanun pozuntularına görə, Arda Turanı 12,5 ilə qədər həbs cəzası gözləyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.