Türkiyədə dəhşət: Ana uşaqlarının boğazını kəsdi

21-10-2018, 16:52           
Türkiyədə dəhşət: Ana uşaqlarının boğazını kəsdi
Türkiyənin Adana bölgəsində bir qadın 3 uşağını bıçaqla qətlə yetirdikdən sonra intihar edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, qadın həyat yoldaşı işdə olduğu zaman 10, 8 və 6 yaşlı övladlarının bıçaqla boğazını kəsib. Daha sonra biləklərini kəsərək intihar etməyə çalışan qadın xilas edilib. Evdən gələn səslər səbəbindən mənzilə daxil olan qonşular dərhal hüquq-mühafizə orqanları və təcili tibbi yardım xidmətinə zəng edib.

Qadının həyatı xilas edilsə də, övladlarınını hər üçü hadisə yerindəcə həlak olub.

Qadının bu cinayəti nə üçün törətdiyi bilinmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.