Türkiyə müxalifəti: Ya millət, ya AKP...

18-11-2018, 09:07           
Türkiyə müxalifəti: Ya millət, ya AKP...
Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə 2019-cu il yerli idarəetmə orqanlarına seçkilərdə bəzi böyük şəhərlərdə məğlub olacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin müxalif İYİ Partiyasından olan millət vəkili İsmayıl Koncuk deyib.

“İddiamız budur ki, 31 martda AKP İstanbul, Ankara, İzmir, Adana, Mersin, Bursa və Manisada bələdiyyə seçkilərində məğlub olacaq. Ya AKP məğlub olacaq, ya da millət”, - deyə Koncuk bildirib.

Qeyd edək ki, 2019-cu il martın 31-də Türkiyədə yerli idarəetmə orqanlarına seçkilər keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.