1 qramı 2 milyard dollara olan daş

19-11-2018, 09:21           
1 qramı 2 milyard dollara olan daş
Dünyada qramı 2 milyard dollar olan daş var.

Teleqraf.com xəbər verir ki, bunu türk professor Özan Ünsalan deyib.

Mütəxəssis bildirib ki, göy daşları 1 qramdan 1 kiloqrama qədər olur. Onun sözlərinə görə, elmi baxımdan yanaşdıqda bu daşların 1 qramı 2 milyard dollar civarındadır.

Professor 3 il əvvəl göy daşı parçası üzərində NASA-da alimlərlə birlikdə işləyib.

O, deyib ki, sonradan bu daşların kolleksiyası ilə məşğul olmağa başlayıb. Onun kolleksiyasında ABŞ, Argentina, Çin, Antraktida, Avstriya və Türkiyənin fərqli coğrafiyalarına düşən göy daşları var.

Alim qeyd edib ki, belə daşlar 300 milyon kilometr məsafə gəlir. Bu daşların hansı yüksəklikdən gəlib düşdüyünü xəyal edə bilərsiniz. Bu səbəbdən də elə daşların qiyməti yoxdur, yəni qiymətsizdir. Elmi yanaşdıqda belə daşların 1 qramı 2 milyard dollar edər. 2015-ci ildə Bingölün Sarıçiçək ərazisinə düşən göy daşından sonra bir çox insan maddi baxımdan qazanc əldə etmək haqqında düşünüb.

Sonda alim bildirib ki, hətta ən güclü mütəxəssislər belə göy daşının digər daşlardan ayıra bilməkdə çətinlik çəkirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.