Ərdoğan Trampla “F-35” gərginliyini müzakirə edib

5-12-2018, 18:52           
Ərdoğan Trampla “F-35” gərginliyini müzakirə edib
Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri almasına görə ABŞ Konqressi “F-35” qırıcı təyyarələrinin tədarükünün dayandırıla biləcəyini deməsinə baxmayaraq, Ankara ABŞ istehslı olan bu qırıcıların Türkiyəyə verilməsində heç bir problem görmür.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT”nin efirində bildirib. Onun sözlərinə görə “G20” sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla iki ölkə arasında gərginlik yaradan bu məsələni müzakirə ediblər.

“Bizim prezidentimiz (Ərdoğan) Buenos-Ayresdəki “G20” sammitində Trampla “F-35”lərə dair söhbət edib. Tramp bununla bağlı hansısa problem olub-olmadığını soruşdu. Biz də dedik ki, bu qırıcıları nəinki almaq, həm də onların birgə istehsalında iştirak etmək istəyirik. “F-35”lərin tədarükü ilə bağlı hələlik hansısa problem yoxdur və onların ləğvi barədə söhbət getmir” - Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, 2002-ci ildən etibarən ““F-35” Birgə Zərbə Qırıcı Proqramı”nda tərəfdaş kimi iştirak edən Türkiyə bu proqram çərçivəsində ABŞ-dan 100 ədəd “F-35” qırıcısı almağı planlaşdırır. Pentaqon ilk dəfə 21 iyunda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib. 2019-cü ilin martında isə Pentaqon Türkiyəyə daha 2 ədəd “F-35” verəcək.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.