Trampın Ərdoğana dedikləri gizli sözlər açıqlandı

6-12-2018, 07:19           
Trampın Ərdoğana dedikləri gizli sözlər açıqlandı
Tramp bu yaxınlarda baş tutan "G20" sammiti zamanı məsələni türkiyəli həmkarı ilə müzakirə edib
ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bildirib ki, o, "F-35" tipli qırıcıların satışı ilə bağlı heç bir problem istəmir. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Belçikada NATO sammiti öncəsi jurnalistlərə açıqlamalar verən Çavuşoğlu qeyd edib ki, ABŞ konqresinin satışları blok etmək cəhdlərinə baxmayaraq Türkiyə "F-35"-lərin alınmasında problem görmür. Nazirin sözlərinə görə, Tramp bu yaxınlarda baş tutan "G20" sammiti zamanı məsələni türkiyəli həmkarı ilə müzakirə edib.

Qeyd edək ki, bu yaxınlarda ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə ilə bağlı Konqresə gizli hesabat təqdim edib. Hesabatda Türkiyənin Rusiyadan S-400 almasından bəhs edilir.

Hesabatda qeyd edilib ki, Türkiyə Rusiyadan S-400 alarsa, bu, yalnız “F-35” qırıcılarının Türkiyəyə tədarükünə deyil, həmçinin, “F-16” qırıcılarının, "CH-47f" və "UH-60" helikopterlərinin bu ölkəyə satılmasına təsir edəcək.

Hesabatda bildirilir ki, Türkiyə S-400 alarsa, Pentaqon Türkiyənin “F-35” proqramının tərəfdaş olmasına yenidən baxacaq. Baxmayaraq ki, hazırda Türkiyə “F-35” proqramının mühüm tərəfdaşıdır və bu proqrama 1.25 milyard dollardan artıq sərmayə qoyub.

Sənəddə deyilir ki, Türkiyə hökuməti S-400 tədarükü məsələsində razılığa gəldiyini açıq bildirib və S-400 qəbulu 2019-cu ilin iyulunda reallaşacaq.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bundan bir müddət öncə deyib ki, S-400 ilə bağlı razılığa gəlinib və bunun ləğvi mümkün deyil.


шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.