Bu adamın ya ölüsünü, ya da dirisini alacağıq - Soylu

6-12-2018, 08:41           
Bu adamın ya ölüsünü, ya da dirisini alacağıq - Soylu
Biz bu adamı əvvəl-axır alacağıq - ya ölüsünü, ya da dirisini.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib.

"FETÖ təhlükəsi çox azalıb. Yaxşı mübarizə aparırıq. FETÖ ilə mübarizədə xeyli məsafə qət etdik. Onu deyim ki, üzərinə amansızcasına gedirik və getməkdə də qərarlıyıq. Dünya da yavaş-yavaş FETÖ təhlükəsinə inanmağa başladı. Yaxın vaxtda görəcəksiniz ki, önəmli məsafələr qət ediləcək", - Soylu qeyd edib.

Qeyd edək ki, Türkiyə hökuməti FETÖ lideri Fətullah Gülənin ABŞ-dan ekstradisiyasi üçün səylə çalışır. Bu istiqamətdə ABŞ-Türkiyə arasında mütəmadi danışıqlar aparılır.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.