Çavuşoğludan Qərbə ağır sözlər: İkiüzlüsünüz!

10-12-2018, 08:57           
Çavuşoğludan Qərbə ağır sözlər: İkiüzlüsünüz!
Bu gün Avropa və Fransada baş verənləri hamımız görürük.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Fransada minlərlə insan həbs edilib. Biz heç vaxt vandalizmi dəstəkləməmişik. Ancaq bizdə belə bir durum olanda Avropa hərtərəfli şəkildə Türkiyəni gündəmə çevirir. Son günlər Fransadakı nümayişlərdə yerli polis həddindən artıq gücdən istifadə edir. Bu güc tətbiqinin qarşısında Avropa Birliyinin, ölkələrinin, mətbuatının mövqeyi tam bir fəlakətdir. Bax, biz buna ikiüzlülük, ikili standart deyirik”, - Çavuşoğlu bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.