Dövlət Gömrük Komitəsinin keçmiş sədri Bakıdan ekstradisiyasına qərar verildi - ABŞ-DAN GƏLƏNDƏ TUTULUB...

10-12-2018, 11:26           
Dövlət Gömrük Komitəsinin keçmiş sədri Bakıdan ekstradisiyasına qərar verildi - ABŞ-DAN GƏLƏNDƏ TUTULUB...
Azərbaycanın məhkəmə orqanları Qırğızıstanın Dövlət Gömrük Xidmətinin keçmiş rəhbəri, Avrasiya İttifaqı “hökumətində” nazir statusunda vəzifə tutan Adamkul Junusovun Bişkekə ekstradisiyasına dair qərar çıxarıb. Virtualaz.org xəbər verir ki, bu haqda Qırğızıstanın iqtisadi cinayətlərlə mübarizə Dövlət Xidmətindən bildiriblər.

Məhkəmə qərarından sonra keçmiş yüksək vəzifəli məmur prosessual prosedurların tamamlanması ilə Bişkekə göndəriləcək.

Adamkul Junusov ötən həftə Heydər Əliyev Bakı Beynəlxalq Aeroportunda saxlanılıb. Qırğızıstan hüquq-mühafizə orqanları on korrupsiya ittihamı ilə axtarışa vermişdi.

Məlum olub ki, Adamkul Junusov Qırğızıstandan qaçdıqdan sonra bir müddət ABŞ-da gizlənib. Dekabrın əvvəllərində Bakıya gəlib və burada onu axtarışda olduğu üçün hüquq-mühafizə orqanlarının əmədaşları saxlayıblar. Bildirilir ki, Azərbaycan hakimiyyətində Junusovun Bakıya yola düşdüyü haqda əvvəlcədən məlumat var idi.

Junusov 2013-2016-cı illərdə Qırğızıstanın Dövlət Gömrük Xidmətinə rəhbərlik edib. Daha sonra bir il Avrasiya İttifaqı “hökumətində” energetik məsələləri üzrə Kollegiya üzvü olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.