Nazarbayevdən Azərbaycana daha bir jest – Bu soydaşlarımız mükafatlandırıldı – FOTOLAR

16-12-2018, 11:57           
Nazarbayevdən Azərbaycana daha bir jest – Bu soydaşlarımız mükafatlandırıldı – FOTOLAR
Qazaxıstanın müstəqillik günü ərəfəsində prezident Nursultan Nazarbayevin sərəncamı ilə 6 azərbaycanlı ölkənin inkişafında göstərdiyi xidmətərlə görə müxətlif orden və medallarla təltif edilib.

Onların arasında Qazaxıstan Azərbaycanlıları İttifaqının rəhbəri Əbülfəz Xamedov ən yüksək mükafata 2-dərəcəli Dostluq medalına layiq görülüb. Bu son 5 ildə Qazaxıstanda yaşayan azsaylı xalqların nümayəndəsinə verilən ən yüksək mükafatdır.

Təltif olunanlar sırasında müxtəlif sahələrdə çalışan Allahverdi Mamedov, Bəxtiyar Mirzəyev, Faiq Mahmudov, Faiq Bayramov və Allahqulu Cəfərov da var.

Qeyd edək ki, Qazaxıstanda 200 mindən çox azərbaycanlı yaşayır. Son illər prezident Nursultan Nazarbayev Azərbaycan icmasına xüsusi diqqəti ilə də yadda qalıb. Parlament və yerli məslixata seçkilərdə azərbaycanlıların seçilməsi bunu bir daha sübut edir. Qazaxıstan Xalqlar Assambleyasının xətti ilə Nursultan Nazarbayevin köməkçisinin də məhz azərbaycanlı olması Qazaxıstan cəmiyyətində azərbaycanlıların mövqeyinin daha da möhkəmlənməsindən xəbər verir. Qazaxıstan Xalqlar Assambleyasının açıqlamasına görə dövlət mükafatları alanlar arasında elm, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahəsində çalışanlar, ö cümlədən yüksək çinli məmurlar da var.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.