İstanbulda hərbi helikopter yaşayış yerinə düşdü - 4 əsgər yaralandı +Fotolar
11-02-2019, 21:52
İstanbulda hərbi helikopter qəzaya uğrayıb. Helikopter yaşayış kompleksinin ərazisinə düşüb.
Qəza baş verən əraziyə xeyli sayda təcili yardım və yanğınsöndürən cəlb olunub.
Ölü və yaralılarla bağlı hələlik məlumat yoxdur.
***
İstanbul valisi Ali Yerlikaya bildirib ki, helikopter məcburi eniş edərkən qəzaya uğrayıb. Dörd yaralı hərbçi xəstəxanaya yerləşdirilib. (Qafqazinfo)шаблоны для dle 11.2