Qazaxıstan öz milli pul əskinaslarında rus dilindən qurtulmağa qərar verdi –Nazarbayev fərman verdi

23-02-2019, 07:38           
Qazaxıstan öz milli pul əskinaslarında rus dilindən qurtulmağa qərar verdi –Nazarbayev fərman verdi
Qazaxıstan hakimiyyəti milli ölkənin milli valyutası olan təngənin dizaynını və banknotlarını dəyirşdirmək qərarına gəlib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, indi yeni əskinasların üzərində rus dilində yazı olmayacaq. Prezident Nursultan Nazarbayevin müvafiq fərmanı “Adilet” adlı hüquq-informasiya saytında dərc olunub. “Banknot və dəmir pulların dizaynında istifadə olunan yazı mətni dövlət dilində aparılmalıdır. İnvestisiya və kolleksiya pullarında isə xarici dildən (məsələn rus dilindən-red.) yararlanmaq mümkündür” – deyə sənəddə bildirilir. Qeyd olunur ki, köhnə qaydalara əsasən pul əskinaslarında rus dili qazax dili ilə birlikdə yazılırdı. Rus dili Qazaxıstanda rəsmi dil hesab olunur. Konstitusiyaya görə, bu dildən dövlət idarlərində istifadə etməyə icazə verilir. Lakin hakimiyyət artıq bu iki dildən başqa, ingilis dilinin də geniş şəkildə yayılmasına çalışır. Prezident Nursultan Nazarbayev isə hakimiyyətdə olduğu bütün dövr ərzində Qazaxıstanda yerli dil və adətlərin üstün mövqe tutmasına nail olub. Qazaxıstanda dövlət səviyyəsində türk millətçiliyi ideyaları da inkişaf etdirilib.

2018-cı ildə isə, Qazaxıstan prezidenti parlament və hökumətin iclaslarda qazax dilindən istifadə olunmasını tələb edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.