100-dən çox FETÖ-çu ölkəyə gəlib – Nazir müavini

25-02-2019, 08:02           
100-dən çox FETÖ-çu ölkəyə gəlib – Nazir müavini
100-dən çox FETÖ-çu terrorçu Türkiyəyə gətirilib.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər nazirinin müavini Yavuz Səlim Kıran yerli mediaya açıqlamasında deyib.

“FETÖ yeni nəsil terror qruplaşması olaraq dünya miqyasında böyük təhdiddir. Məhz bu təhdidə qarşı ortaq mübarizə aparılmalıdır. Bu mənada dünyanın hər nöqtəsində terror qruplaşmasını izləyirik. Bu günə kimi 20-dən çox FETÖ məktəbləri təhvil verildi. Sonuncu dəfə Pakistanın bu yöndə qərar qəbul etdi. Dünyanın harasında olursa-olsun, bu terrorçuları izləməyə davam edəcəyik. Onlar hüquq qarşısında cavab verəcəklər. Bundan heç kimin şübhəsi olmasın”, - deyə Kıran bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.