Türkiyə XİN-i Krımla bağlı açıqlama verdi:"Rusiya Ukrayna torpaqlarını işğal edib"

18-03-2019, 07:23           
Türkiyə XİN-i Krımla bağlı açıqlama verdi:"Rusiya Ukrayna torpaqlarını işğal edib"
Türkiyə Xarici işlər nazirliyi Ukraynaya bağlı Krım Muxtar Respublikaısnın 5 il öncə təşkil olunan qondarma referendumla Rusiya tərəfindən ilhaq olunmasına təpki göstərib.

Xarici işlər nazirliyi Rusiyanın beynəlxalq hüquqa zidd davranaraq Ukrayna torpaqlarını işğal etdiyini vurğulayıb. Bundan başqa, “Türkiyənin bir hadisə nəticəsində ortaya çıxan faktiki durumu (yəni Krımın guya könüllü olaraq Krıma qoşulması-red.) tanımadığı” qeyd olunan açıqlamada Ukraynanın suverenlik və ərazi bütövlüyünə verilən dəstək bir daha ifadə olunub. Türkiyə dövləti Krımın yerli xalqı olan türklərin vəziyyətinin onlar üçün birinci dərəcəli olduğunu bir daha təkrarlayıb.
Rəsmi Ankara Krım tatarlarının tarixi vətənləri Krımda öz milli kimliklərini mühafizə etməsi, güvən və hüzur içində yaşamalarının təmin olunması üçün onlara hər zaman dəstək verəcəyini bildirib. (musavat.com)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.