Ərdoğan Qərbi Yeni Zelandiyada terror aktına reaksiya verməməkdə ittiham edib

19-03-2019, 07:43           
Ərdoğan Qərbi Yeni Zelandiyada terror aktına reaksiya verməməkdə ittiham edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini Yeni Zelandiyada bir neçə gün əvvəl törədilmiş terror aktına reaksiya verməməkdə ittiham edib.

"Report"un məlumatına görə, Türkiyənin dövlət başçısı 7TV telekanalının efirində bildirib ki, Qərb ölkələri, həmçinin onların kütləvi informasiya vasitələri Yeni Zelandiyada baş vermiş terror aktı ilə bağlı vəziyyət haqqında susurlar.

Türkiyə lideri qeyd edib ki, terror aktının həyata keçirilməsində şübhəli bilinən Brenton Tarrantın Yeni Zelandiya hakimiyyətinə verdiyi manifest çox ciddi struktur tərəfindən hazırlanıb.

"Avropa bu hadisənin fonunda öz səsini qaldırdımı? Xeyr. Bu vəziyyətdə Qərb KİV-i özünü olduqca hiyləgər aparır… Niyə Qərb və Qərb KİV-i susur?", - deyə Türkiyə Prezidenti bildirib.

Daha əvvəl Ərdoğan Yeni Zelandiya terrorçusunun onu öldürməklə bağlı planına münasibət bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.