Bu gün "Türk milliyetçiliğinin babası" Mehmet Ziya Gökalpın doğum günüdür

23-03-2019, 09:26           
Bu gün "Türk milliyetçiliğinin babası" Mehmet Ziya Gökalpın doğum günüdür
Bu gün Türkiyənin məşhur ictimai xadimi,yazıçı şair.sosioloq "Türk milliyetçiliğinin babası" Mehmet Ziya Gökalpın doğum günüdür
O zaman Ismayıl bəy Qaspiralının ”Işdə, fikirdə, dildə birlik” şüarı səsləndirilirdi. Həmin o şüarı inkişaf etdirən bilavasitə Ziya Göyalp və Əli bəy Hüseynzadə olub. Atatürk deyirdi ki, mənim iki atam var. Biri cismani atam Əli, biri də mənəvi atam Ziya Göyalpdır. Ziya Göyalp isə deyirdi ki, mənim müəllimim Əli bəy Hüseynzadədir.
Türkçü olaraq tanınan Əlibəy Hüseynzadə türkçülük məfkurəsilə ilgili bütün dərinliyi ilə bir sistem yaratmayıb, ancaq Ziya Göyalp türkçülük, millətçilik sahəsində sistem yaradıb. Əslində belə müqayisələr aparmağın özü də gərəksizdir. Bu şəxsiyyətlərin hər ikisinin millətçilik, türkçülük sahəsində böyük xidmətləri var. Onlar sözün gerçək anlamında böyük ideal sahibidirlər.
Tanrı ruhlarını şad etsin! ..
Baba Allahnezerov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.