Terrorçu Öcalanı dəstəkləyən “kürd” adlananlar Ermənistan bayrağı altında Novruz keçirdi...

23-03-2019, 21:18           
Terrorçu Öcalanı dəstəkləyən “kürd” adlananlar Ermənistan bayrağı altında Novruz keçirdi...
100 ildən çoxdur, erməni işğalı altında qalan qədim Azərbaycan şəhəri İrəvanda “kürd icması” adlanan bir qrup şəxs Novruz bayramı tədbiri keçirib.

Moderator.az xəbər verir ki, bu haqda Ermənistan saytları məlumat yayıb. İrəvandakı filarmoniya binasında keçirilmiş tədbir işğalçı ölkənin baş naziri N.Paşinyanın lideri olduğu “Mənim addımım” alyansının parlament fraksiyasının üzvü, deputat Knyaz Qasanovun rəhbərliyi ilə keçirilib. Terrorçu “PKK” lideri Abdulla Öcalanın şəninə təriflər söyləyən “kürd icması”nın rəhbəri sayılan bu şəxs Türkiyənin əleyhinə də hədyanlar söyləyib. K.Qasanov vurğulayıb ki, guya “Öcalanın başçılığıyla “kürd azadlıq hərəkatı” başlanandan bəri Novruz bayramı bu hərəkatın bir tərkib hissəsinə çevrilib”...

P.S. Ağlı başında olan, ayıq kürdlər bilir ki, terrorçu Öcalanın özü kimi onu dəstəkləyənlər, o cümlədən Ermənistanda K.Qasanovun başçılıq etdiyi sözügedən “kürd icması” da beynəlxalq güclər tərəfindən idarə edilən, Ermənistan vasitəsi ilə də yönləndirilən və əslində türk və müsəlman dünyası kimi kürd xalqının özünə də düşmən olan qruplardır...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.