Millət vəkilinin yarım milyonluq saatı oğurlandı

26-03-2019, 08:07           
Millət vəkilinin yarım milyonluq saatı oğurlandı
AKP-nin Sakarya millət vəkili Kənan Sofuoğlunun 560 min lirə dəyərində saatı oğurlanıb.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili İnstaqram hesabında yazıb.

Sofuoğlu etdiyi paylaşımda dünyada cəmi 100 ədəd olan bahalı saatın tapılması üçün “Hublot” firmasından kömək istəyib.

“Oğurlandı! Bu “Hublot” xüsusi istehsaldır. Dünyada cəmi 100 ədəd var və bu da biridir. “Hublot Turkey” mənim üçün xüsusi istehsal etmişdi, ancaq ötən həftə Banqkok hava limanında oğurlandı. Ümid edirəm “Hublot” mənə saatı tapmaqda kömək edər”, - Sofuoğlu bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.