KİV:"Rusiya istehsallı S-400-lər Türkiyənin cənub və qərbində quraşdırılacaq"

23-04-2019, 22:37           
KİV:"Rusiya istehsallı S-400-lər Türkiyənin cənub və qərbində quraşdırılacaq"
Rusiya istehsallı S-400 zenit-raket kompleksləri Türkiyənin cənub və qərbində quraşdırılacaq.

Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

İlkin məlumata əsasən, bu komplekslər Türkiyənin qərbində, Egey dənizi sahilləri boyunca yerləşən vilayətlərdə, həmçinin Suriya ilə sərhəddə, Hatay vilayətində quraşdırılacaq.

Türkiyə Müdafiə Nazirliyi xəbəri hələ şərh etməyib.

Bundan əvvəl S-400-lərin Ankara və İstanbulda yerləşdiriləcəyi bildiridi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.