Ərdoğan: Erməni toplumu çox qiymətli övladlar yetişdirərək ölkəmizə böyük töhfələr verib

24-04-2019, 18:25           
Ərdoğan: Erməni toplumu çox qiymətli övladlar yetişdirərək ölkəmizə böyük töhfələr verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Erməniləri Patriarxlığının baş arxiyepiskopu Aram Ateşyana məktub göndərib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, məktub 1915-ci il hadisələrinə həsr olunub.

R.T. Ərdoğanın məktubunda deyilir: "I Dünya müharibəsinin çətin şərtlərində həyatını itirən Osmanlı ermənilərini ehtiramla yad edirəm, nəvələrinə ürəkdən başsağlığı verirəm. Erməni toplumu həm Osmanlı, həm də Cümhuriyyət dövründə çox qiymətli övladlar yetişdirərək ölkəmizə böyük töhfələr verib. Hamımızın birgə məqsədi tarix boyunca acılı və sevincli günlərdə iki xalqın keçmiş yaralarını bağlaması və bağlantılarını qüvvətləndirməsidir. Tək bir erməni vətəndaşımıza qarşı ayrı-seçkiliyə imkan verənlər qarşılarında bizi görəcəklər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.